Bundesliqa, 20-ci tur: Autsayderdən "Borussiya"ya ağır zərbə - BÜTÜN NƏTİCƏLƏR
Bizi izləyin

İdman

Bundesliqa, 20-ci tur: Autsayderdən "Borussiya"ya ağır zərbə - BÜTÜN NƏTİCƏLƏR

"Leyptsiq" də bu turda şok məğlubiyyət yaşayıb.

Almaniya Bundesliqasında 20-ci turun 7 oyunu başa çatıb.

Publika.az xəbər verir ki, turun ilk oyununda “Maynts” “Auqsburq”u 2:0 hesabıyla məğlub edib.

Ötən turda “Şalke”ylə ev oyununda xal itirən (1:1) lider “Bavariya” bu turda autsayderlər sırasında qərarlaşmış “İnqolştadt”ı son dəqiqələrdə Artur Vidal və Aryen Robbenin vurduğu qollarla 2:0 hesabıyla məğlub edib.

Dortmund “Borussiya”sı da bu turda autsayderlə qarşılaşıb. “Sarı-qaralar” səfərdə sonuncu pillədə qərarlaşmış “Darmştadt”la üz-üzə gəlib. Oyun gözlənilmədən autsayderin qələbəsiylə nəticələnib - 2:1.

Cari mövsümün sürprizi - "Leyptsiq" də bu turda şok məğlubiyyət yaşayıb. "Öküzlər" evdə "Hamburq"a 0:3 hesabıyla uduzub. (komanda.az)

Almaniya Bundesliqası, 20-ci tur

10 fevral

Maynts - Auqsburq 2:0

Qol: Öztunalı, 31. Samperio, 62-pen

11 fevral

Bayer - Ayntraxt 3:0

Qol: Çiçarito, 5; 64. Folland, 78.

İnqolştadt - Bavariya 0:2

Qol: Vidal, 90. Robben, 90+2.

Leyptsiq - Hamburq 0:3

Qol: Papadopulos, 18. Ualas, 24. Hant, 90+3.

Darmştadt - Borussiya D 2:1

Qol: Boyd, 21. Çolak, 67 - Rafael Qerreyro, 44.

Verder - Borussiya M 0:1

Qol: Hazard, 12.

Şalke - Herta 2:0

Qol: Burqştaller, 41. Qoretska, 62.

12 fevral

18:30 Volfsburq - Hoffenhaym
20:30 Frayburq - Köln

Bombardirlər: Obameyanq (Borussiya D) - 17, Levandovski (Bavariya) - 15, Modeste (Köln) - 15, Verner (Leyptsiq) - 11, Vaqner (Hoffenhaym) - 10, İbişeviç (Herta) - 8.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm