La Liqa, 22-ci tur: "Barselona" finaldakı rəqibinə dərs keçdi - BÜTÜN NƏTİCƏLƏR
Bizi izləyin

İdman

La Liqa, 22-ci tur: "Barselona" finaldakı rəqibinə dərs keçdi - BÜTÜN NƏTİCƏLƏR

Bu komandalar İspaniya kubokunun finalında da üz-üzə gələcəklər.

İspaniya La Liqasında 22-ci tura start verilib.

Publika.az xəbər verir ki, turun ilk oyununda “Espanyol” evdə - Barselonada “Real Sosyedad”a uduzub - 1:2. “Barselona” “Alaves”in qonağı olub. Katalonlar "göy-ağlar"ı meydana çıxmağa peşman edib - 6:0. Xatırladaq ki, bu komandalar İspaniya kubokunun finalında da üz-üzə gələcəklər.

Lider “Real” səfərdə son pillədə qərarlaşmış “Osasuna” ilə qarşılaşacaq.

İspaniya La Liqası, 22-ci tur

10 fevral

Espanyol - Real Sosyedad 1:2

Qol: Ernan Peres, 34 - Vela, 26. İllaramendi, 61.

11 fevral

Betis - Valensiya 0:0

Alaves - Barselona 0:6

Qol: Suares, 37; 67. Neymar, 40. Messi, 59. Aleksis, 63-avtoqol. Rakitiç, 65.

Atletik - Deportivo 2:1

Qol: Muniain, 71. Aduris, 89 - Əmrə Çolak, 42.

23:45 Osasuna - Real

12 fevral

15:00 Vilyarreal - Malaqa
19:15 Leqanes - Sportinq
21:30 Las Palmas - Sevilya
23:45 Atletiko - Selta

13 fevral

23:45 Eybar - Qranada

Bombardirlər: Luis Suares (Barselona) - 16, Lionel Messi (Barselona) - 16, Kriştiano Ronaldo (Real) - 13, Yaqo Aspas (Selta) - 11.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm