Braziliyada futbol azarkeşləri arasında qanlı toqquşma - Ölən və yaralananlar var
Bizi izləyin

İdman

Braziliyada futbol azarkeşləri arasında qanlı toqquşma - Ölən və yaralananlar var

Azı 7 nəfərin xəsarət aldığı bildirilir.

Rio-de-Janeyro şəhərində Braziliya çempionatı çərçivəsində bu gecə keçirilmiş “Botafoqo” – “Flamenqo” matçı öncəsi futbol azarkeşləri arasında qanlı toqquşma baş verib.

Publika.az xəbər verir ki, polis kütləni dağıtmaq üçün gözyaşardıcı qaz və rezin güllələrdən istifadə etmək məcburiyyətində qalıb.

Buna baxmayaraq, fanatlar arasında baş verən çoxsaylı toqquşmaların birində sinəsindən güllə yarası alan azarkeş ölüb. Azı 7 nəfərin xəsarət aldığı bildirilir.

Fevralın 13-ə keçən gecə keçirilən “Botafoqo” – “Flamenqo” matçı 1:2 hesabı ilə başa çatıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm