İdman
ÇL, 1/8 final: PSJ "Barselona"dan bütün acığını çıxdı (YENİLƏNİR) - - VİDEO

Bu gün avrokuboklarda pley-off mərhələsinə start verilib.
Publika.az xəbər verir ki, ilk 1/8 final matçları meydan sahibləri üçün uğurlu alınıb.
Ən gözlənilməz nəticə Parisdə qeydə alınıb. Turnirin əsas favoritlərindən olan "Barselona” Fransa paytaxtında biabırçı məğlubiyyət alıb. PSJ bu sensasiyalı qələbə sayəsində mərhələ adlamaq şansını artırıb. Oyunda dubl edən argentinalı yarımmüdafiəçi Anhel Di Mariya ad günündə fərqlənib. Bununla da “Barselona”nın PSJ ilə oyunlarda uğurlu seriyası qırılıb.
"Borussiya”nın məğlubiyyəti də gözlənilməz olub. Düzdür, Dortmund klubu "Benfika"ya minimal hesabla uduzub və ən əsası, məğlubiyyətdən xilas olmaq şansı olub. Ancaq komandanın bombardiri Pyer-Emerik Obameyanq penaltini qaçırıb.
UEFA Çempionlar Liqası. 1/8 final mərhələsi, ilk oyunlar
14 fevral
23:45. “Benfika” (Portuqaliya) – “Borussiya” (Dortmund, Almaniya) 1:0
Mitroqlu, 48.
Baş hakim: Nikola Ritsoli (İtaliya)
23:45. PSJ (Fransa) – “Barselona” (İspaniya) 4:0
Di Mariya, 18; 55. Draksler, 40. Kavani, 72.
Baş hakim: Şimon Marçinyak (Polşa)

-
Sosial11:58
Bu xanımlara yüksək vəzifə verildi
-
Rəsmi xronika11:15
Əliyevlə Paşinyanın təkbətək görüşü keçirilir
-
Region09:54
İrəvanda səhər belə açıldı: “Daşnakçılar”ın evlərində axtarış başlandı
-
Cənubi Qafqaz09:36
“Zəngəzurda Azərbaycan ordusunu alqışlayacağıq” - Erməni ekspertdən sensasion iddia
-
Nida Xəbər 09:24
ABŞ-dan gələn siqnal: Əbu-Dabidə bu sənəd imzalanacaq?
-
Avropa09:12
Yeni dərs ilindən məktəblərdə bu geyim qadağan edildi: Valideynlər qəzəbləndi
-
Nəqliyyat08:37
Bakının bu yollarında tıxac yarandı
-
Sağlamlıq07:35
İynə-dərmanla arıqlamağa son! - Yapon alimlərindən inanılmaz kəşf