• USD 1,7000 0,00% EUR 1,9008 0,00%
    • GBP 2,1523 0,00% RUB 0,0262 0,00%

Azərbaycan Qran-prisinin əsas hazırlıq işlərinə mayda başlanacaq

Azərbaycan Qran-prisinin əsas hazırlıq işlərinə mayda başlanacaq

Formula-1 Azərbaycan Qran-prisinə hazırlıq plana uyğun olaraq davam edir. Fevral ayından pit-binasında tikinti işlərinə başlanacaq. Əsas tikinti işlərinə isə maydan start veriləcək. Həmçinin Qran-prinin təbliği istiqamətində lazımı işlər görülür.

Publika.az xəbər verir ki, bu sözləri “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai fevralın 14-də jurnalistlərə müsahibəsində deyib.

N.Arpadarai bildirib ki, Azərbaycanda Formula-1 yarışının promouteri - “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin təşkilatçılığı ilə fevralın 15-də Bakıda “İrimiqyaslı idman yarışlarının keçirilməsinin ev sahibi ölkəyə faydaları-2017” mövzusunda beynəlxalq konfrans keçiriləcək. Bu mövzuda konfrans MDB məkanında və regionda ilk dəfə olaraq Azərbaycanda təşkil ediləcək.

“Konfransa dövlət qurumlarının, biznes və xidmət sahələri ilə məşğul olan şirkətlərin təmsilçiləri, media nümayəndələri dəvət olunacaq. Tədbirə, həmçinin Gənclər və İdman, Mədəniyyət və Turizm nazirliklərinin rəsmiləri də qatılacaqlar. Abu-Dabi, Soçi və Bəhreyn Qran-prilərinin yüksək vəzifəli nümayəndələri də konfransda iştirak edəcəklər. Qonaqlar Formula-1 yarışlarının təşkilatçılığı, bu mühüm turnirin öz ölkələrinə iqtisadi və sosial faydaları barədə məlumat verəcəklər”, - deyə BŞH rəsmisi əlavə edib.

N.Arpadarai deyib: “Azərbaycan artıq neçə ildir irimiqyaslı yarışlara yüksək səviyyədə ev sahibliyi edir. Ölkəmizdə ilk Avropa Oyunları, Formula-1 Avropa Qran-prisi, 42-ci Ümumdünya Şahmat Olimpiadası mükəmməl şəkildə təşkil olunub. Həmçinin cari ildə paytaxtımız IV İslam Həmrəyliyi Oyunlarını qəbul etməyə hazırlaşır. Bütün bunların ətrafında bir dialoqun qurulması maraqlı olar. Konfransda irimiqyaslı yarışların müsbət nəticələri, ortaya çıxa bilən problemlərin həlli və ölkəmizdə biznesin buna hazırlıq vəziyyəti istiqamətlərində müzakirələr aparılacaq”.

loading...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR