Çakır “Real”-“Atletiko” finalında
Bizi izləyin

İdman

Çakır “Real”-“Atletiko” finalında

Çakır “Real”-“Atletiko” finalında

Çempionlar Liqasının final matçının hakimləri müəyyənləşib.

Publika.az xəbər verir ki, UEFA "Real"la "Atletiko" arasındakı oyunu holland hakimlərə tapşırıb. Lissabonda keçiriləcək qarşılaşmanın baş hakimi Byorn Kuypers olacaq. Ona həmyerliləri Sander van Roekel və Ervin Zeynstra yardım edəcək. Oyunun dördüncü hakimi Cüneyt Çakır, əlavə kömçkəçi hakaimləri Pol van Boekel və Riçard Liesveld olacaq.

Qeyd edək ki, indiyədək 68 beynəlxalq matçda fit çalmış Byorn Kuypers bu mövsüm 4 Çempionlar Liqası və 3 Avropa Liqası matçı idarə edib. Avrokubokların finalını idarə etmiş 4-cü holland olacaq 41 yaşlı referi 2011-ci ildə UEFA Superkuboku uğrunda matçda və ötən il keçirilən Avropa Liqasının "Çelsi" - "Benfika" finalında ədaləti qoruyub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm