İranda Azərbaycan bayrağına hörmətsizlik - - FOTO
Bizi izləyin

İdman

İranda Azərbaycan bayrağına hörmətsizlik - - FOTO

Təşkilatçılar arenaya qəribə bayraq çıxarıblar.

İranın Kirmanşah şəhərində sərbəst güləş üzrə Dünya kubokunda təşkilatçılar Azərbaycan bayrağına hörmətsizlik ediblər.

Publika.az xəbər verir ki, Rusiya yığması ilə görüş zamanı Azərbaycan milli komandası təqdim olunanda təşkilatçılar arenaya qəribə bayraq çıxarıblar - səkkizgüşəli ulduz və aypara mərkəzdən sola çəkilib, bayraqda iki ağ xətt olub.

b_550_325_16777215_00_images_xeber_sekilleri_16fevral2017_181283_src.jpg

Azərbaycan Güləş Federasiyasının nümayəndələri təşkilatçılara öz narazılıqlarını bildiriblər. Yığmanın baş məşqçisi Firdovsi Umudov oteldən əsl Azərbaycan bayrağını gətirib.

b_550_325_16777215_00_images_xeber_sekilleri_16fevral2017_181282_src.jpg

Qeyd edək ki, bir neçə dəfə Azərbaycanın dövlət rəsmilərinin İrana səfəri zamanı Azərbaycan dövlət bayrağı ilə bağlı analoji hal yaşanıb. (missiya.az)

b_550_325_16777215_00_images_xeber_sekilleri_16fevral2017_203171_src.jpg

Oxumağa davam et
Reklam
Reklam

Gündəm