İdman
Portuqaliya gimnast: "Bakıda gümüş medal qazandığım üçün çox xoşbəxtəm"
"Çox xoşbəxtəm ki, Bakıda gümüş medal qazanmağı bacardım".
Publika.az xəbər verir ki, bunu Trend-ə Bakıda keçirilən batut gimnastikası və tamblinq üzrə FIG Dünya Kubokunun tamblinq yarışlarında gümüş medal qazanan portuqaliyalı Rakel Pintu deyib.
İdmançı belə nəticəni gözləmədiyini bildirib: "Çünki yeni elementlərini sınaqdan keçirdim. Lakin hər şey sadəcə əla alındı".
Portuqaliya təmsilçisi Milli Gimnastika Arenasını çox bəyəndiyini deyib: "Burada çox gözəl ab-hava var. Əsasən də zalın tərtibatı, işıqlandırılması, həmçinin idmançılar çıxış edən zaman öz ölkələrinə aid musiqilərin səsləndirilməsi xüsusən xoşuma gəldi. Mən bütün diqqətimi yarışa cəmləmişdim və bunu dərhal sezmədim. Lakin bu, çox möhtəşəm idi".
Qeyd edək ki, bu gün Bakıda Milli Gimnastika Arenasında batut gimnastikası və tamblinq üzrə FIG Dünya Kubokunun finalları keçirilir. Dünya Kubokunda 15 ölkədən 85 gimnast iştirak edir.
-
Hadisə16:55
Bakıda bazar yanır
-
Nida Xəbər 16:10
Ceyhun Bayramov İran səfiri ilə görüşdü
-
Sosial15:10
Cavanşir Məmmədovun dəfn yeri açıqlandı
-
Hadisə14:20
Azərbaycanlı iş adamı öldürüldü
-
Maraq dünyası13:35
Dünyanın ən gənc və ürəyi boş milyarderi: Bu müəmmalı şəxs niyə hamıdan gizlənir?
-
Hadisə13:01
Cavanşir Məmmədov vəfat etdi
-
Hadisə12:30
Maşınlarını tıxacda saxlayıb dalaşdılar - VİDEO
-
Sosial11:55
Əli Əsədov qərar imzaladı