Türkiyənin olimpiya çempionu İlham Əliyevə məktub yazdı
Bizi izləyin

İdman

Türkiyənin olimpiya çempionu İlham Əliyevə məktub yazdı

Türkiyənin olimpiya çempionu İlham Əliyevə məktub yazdı

Türkiyənin Olimpiya, dünya və Avropa çempionu, Beynəlxalq Güləş Federasiyasının (FILA) vitse-prezidenti Ayık Ahmet Azərbaycan prezidenti İlham Əliyevə məktub yazıb.

Publika.az-ın president.az-a istinadən verdiyi məlumata görə, dünya şörhrətli idmançı məktubunda ölkə başçısının Praqada keçirilən sammitdə Ermənistan prezidenti Serj Sərkisyana verdiyi cavabı yüksək qiymətləndirib.

“Aprelin 24-də Praqada keçirilən və Türkiyənin təmsil olunmadığı yüksək səviyyəli sammitdə Ermənistan prezidenti Serj Sərkisyanın Türkiyə əleyhinə söylədiyi əsassız ittihamlara verdiyiniz tutarlı cavab bir türk olaraq məni son dərəcə təsirləndirib.

Hörmətli Prezidentim, Azərbaycan torpaqlarını işğal etməyi özünün haqqı bilən, tarixi prosesin ortaya çıxması üçün arxivlərin açılmasını istəməyən bu düşüncə qarşısında göstərdiyiniz sərt etirazınız və mövqeyinizlə Türkiyə Respublikasının tək olmadığını sübut etdiniz. Bir millət, iki dövlət həqiqətini anlamağa qadir olmayan şüurlara şillə kimi lazımı dərs verdiniz.

Hörmətli Prezident, Allah birliyimizi, bərabərliyimizi, qardaşlığımızı daimi etsin. Bu hisslərimlə Sizi bir daha ürəkdən təbrik edir, Sizə möhkəm cansağlığı və xoşbəxtlik arzusu ilə ehtiramımı bildirirəm”-deyə məktubda qeyd edilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm