"Real"ın mövsümdə 2-ci məğlubiyyəti - - FOTO/VİDEO
Bizi izləyin

İdman

"Real"ın mövsümdə 2-ci məğlubiyyəti - - FOTO/VİDEO

İspaniya çempionatında 16-cı turdan təxirə salınan "Valensiya" - "Real" oyunu keçirilib.

Futbol üzrə İspaniya çempionatında 16-cı turdan təxirə salınan "Valensiya" - "Real" oyunu keçirilib.

Publika.az xəbər verir ki, görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

"Yarasalar" artıq 4-cü dəqiqədə Simone Zazanın qolu ilə hesabı açıblar. Beş dəqiqə sonra Fabian Orelyana fərqi iki topa çatdırıb. Qonaqlar qollardan yalnız birinin əvəzini çıxa biliblər. Kriştiano Ronaldo 41-ci dəqiqədə adını tabloya yazdırıb.

İspaniya çempionatı, 16-cı tur

"Valensiya" – "Real" 2:1

Qollar: Zaza, 4, Orelyana, 9 - Ronaldo, 41.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm