Küveytin maliyyə xərclərini Azərbaycan çəkəcək?
Bizi izləyin

İdman

Küveytin maliyyə xərclərini Azərbaycan çəkəcək?

"Küveyt istəsə belə, bu oyunlarda iştirak edə bilməz!"

Gənclər və İdman Nazirliyinin mətbuat rəhbəri Səmayə Məmmədova bu ilin 12-22 may tarixlərində Bakıda keçiriləcək IV İslam Həmrəyliyi oyunlarında Küveytin maliyyə xərclərinin Azərbaycan dövləti tərəfindən qarşılanacağı ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

S.Məmmədova Publika.az-a açıqlamasında deyib ki, bəzi media orqanlarında Azərbaycanın İslam Həmrəyliyi oyunlarında Küveytin maliyyə xərclərini də öz üzərinə götürməsi ilə bağlı yalan xəbərlər yayılıb:

“Bu tamamilə yalan məlumatlardır. Küveyt istəsə belə, bu oyunlarda iştirak edə bilməz! Çünki, Küveyt Beynəlxalq Olimpiya Komitəsi tərəfindən beynəlxalq yarışlarda iştirakdan uzaqlaşdırılıb. Azərbaycan Milli Olimpiya Komitəsi və digər idman qurumları bütün tədbirləri Beynəlxalq Olimpiya Komitəsinin tələbləri çərçivəsində həyata keçirdiyi üçün Küveyt idmançılarının Azərbaycana gəlməsi mümkün deyil”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm