Xorvatlar "Qəbələ"ni sevindirdi
Bizi izləyin

İdman

Xorvatlar "Qəbələ"ni sevindirdi

“İnter” paytaxtda “Qəbələ”ni qəbul edib.

Futbol üzrə Azərbaycan kubokunda yarımfinal mərhələsinin ilk oyunları çərçivəsində bir matç baş tutub.

"Report"un məlumatına görə, “İnter” paytaxtda “Qəbələ”ni qəbul edib. Görüşdə hesabı 15-ci dəqiqədə qonaqlar açıblar. Xorvatiyalı Daniel Subotiç penaltini qola çevirib. Lakin meydan sahibləri 3 dəqiqə sonra Adrian Skarlatakenin zərbəsi ilə matçda tarazlıq yaradıb. Buna rəğmən, Qəbələ təmsilçisi 48-ci dəqiqədə yenidən önə keçib. Yenə Subotiç adını tabloya yazdırıb. Görüşdə son nöqtəni Filip Ozobiç qoyub. Qonaqların digər xorvatiyalı futbolçusu Filip Ozobiç penaltidən fərqlənib.

Qeyd edək ki, bu komandalar arasında cavab oyunu bu il aprelin 5-də Qəbələdə keçiriləcək.

Azərbaycan kuboku. Yarımfinal, ilk oyun

30 mart

"İnter” – "Qəbələ” 1:3

Qollar: Adrian Skarlatake, 18 – Daniel Subotiç, 15-p.; 48. Filip Ozobiç, 88

Hakimlər: Elvin Əsgərov, Vaqif Musayev, Mehman Mahmudov, Ömər Paşayev

AFFA nümayəndəsi: Arif Fərəcov

Hakim-inspektor: Əli Hüseynov

"İnter Arena”

Oxumağa davam et
Reklam
Reklam

Gündəm