"Zadəganlar"ı belə məyus etdilər - - VİDEO
Bizi izləyin

İdman

"Zadəganlar"ı belə məyus etdilər - - VİDEO

Londonlular bütün turnirlərdə ardıcıl 12 oyun idi ki, məğlub olmurdular.

“Çelsi” futbol üzrə İngiltərə çempionatının 30-cu turunda keçirdiyi ev oyununda "Kristal Pelas"a 1:2 hesabı ilə məğlub olub.

“Report” xəbər verir ki, ev sahiblərinin qolunu Sesk Fabreqas vurub (5-ci dəqiqə).

Qonaqlardan Uilfrid Zaa (9) və Kristian Benteke (11) fərqlənib.

"Zadəganlar"ın məğlubiyyətsizlik seriyası 9-cu oyunda qırılıb. Londonlular bütün turnirlərdə ardıcıl 12 oyun idi ki, məğlub olmurdular.

"Çelsi" 69 xalla turnir cədvəlində liderliyini davam etdirir, "Kristal Pelas" 31 xalla 15-ciidir.

Digər oyunların nəticələri:

"Bernli" - "Tottenhem" - 0:2

"Lester" - "Stok Siti" - 2:0

"Mançester Yunayted" - "Vest Bromviç" - 0:0.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm