PSJ mövsümdə ilk kubokunu qazandı - - VİDEO
Bizi izləyin

İdman

PSJ mövsümdə ilk kubokunu qazandı - - VİDEO

Fransa Liqa kubokunda mövsümə yekun vurulub.

Fransa Liqa kubokunun qalibi bəlli olub.

Publika.az xəbər verir ki, Lionda “Park Olimpik Lion” stadionunda PSJ və “Monako” münasibətlərinə aydınlıq gətiriblər.

Oyunda hesabı paytaxt klubu açıb. Yulian Draksler matçın 4-cü dəqiqəsində parisliləri hesabda önə keçirib. Ancaq “Monako” matçın 27-ci dəqiqəsində Tomas Lemarın qoluyla hesabda tarzlığı bərpa edib. Hamı ilk hissənin bu hesabla bitəcəyini gözlədiyi anda meydana Anxel Di Maria çıxıb. Argentinalı futbolçu ilk hissənin bitiminə bir dəqiqə qalmış parisliləri hesabda önə keçirib. İkinci hissədə Edinson Kavaninin dubluyla hesab arasındakı fərqi artıran Paris klubu Liqa kubokunun yeni qalibi olub.

PSJ tarixi ərzində 7-ci dəfə bu titula sahib çıxıb ki, bu da, Liqa kubokunda ən yüksək göstəricidi.

Fransa Liqa kuboku, final

1 aprel

Monako - PSJ 1:4

Qol: Lemar, 27 - Draksler, 4. Di Mariya, 44. Kavani, 54; 90.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm