"Neftçi" Sumqayıtda uduzdu, AZAL Premyer Liqayla vidalaşdı - - VİDEO
Bizi izləyin

İdman

"Neftçi" Sumqayıtda uduzdu, AZAL Premyer Liqayla vidalaşdı - - VİDEO

24-cü tura start verilib.

Futbol üzrə Azərbaycan Premyer Liqasında 24-cü tura start verilib.

Publika.az xəbər verir ki, açılış oyununda "Sumqayıt" "Neftçi"ni qəbul edib. Görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:0. Qolları 60-cı dəqiqədə Bəxtiyar Həsənalızadə, 63-cü dəqiqədə isə Amil Yunanov vurub.

Bu qələbə sayəsində "Sumqayıt" xallarını 28-ə çatdıraraq, "Neftçi"ni keçib və 5-ci pilləyə yüksəlib. Flaqman isə 26 xalla 6-cı pilləyə enib.

Həftəarası ölkə kubokunda “Neftçi” kimi məğlubiyyət acısı yaşayan “İnter” AZAL-ı qəbul edib. Oyun meydan sahiblərinin qələbəsi ilə başa çatıb - 2:1. Bu məğlubiyyətlə AZAL-ın Premyer Liqanı tərk etməsi rəsmiləşib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm