"Kəpəz"in baş məşqçisi jurnalistə söz verdi: "Sənə telefon alacağam"
Bizi izləyin

İdman

"Kəpəz"in baş məşqçisi jurnalistə söz verdi: "Sənə telefon alacağam"

"Telefonun ekranının qırıq olması diqqətimi çəkdi".

"Kəpəz" komandasının baş məşqçisi Şahin Diniyev Azərbaycan Premyer Liqasının XXIV turu çərçivəsində "Qarabağ"la matçdan sonra təşkil edilən mətbuat konfransını lentə alan Peşəkar Futbol Liqasının (PFL) operatoruna telefon alacağını söz verib.

"Report"un məlumatına görə, 51 yaşlı mütəxəssis görüşlə bağlı fikirlərini deməyə başlamazdan öncə masanın üzərinə qoyulan telefonlardan biri Şahin Diniyevin diqqətini cəlb edib. O, telefonu götürərək, "bu kimindir?" – deyə soruşub. Telefonun PFL-in operatoruna məxsus olduğunu öyrənən Ş.Diniyev mövsümün sonunda ona yenisini alacağına söz verib: "Belə havada oyuna gəldiyiniz üçün hamınıza təşəkkür edirəm. Telefonun ekranının qırıq olması diqqətimi çəkdi. Bizim də belə vaxtlarımız olub. Söz verirəm, mövsümün sonunda sənə təzə telefon alacağam. Çox əziyyət çəkirsiniz".

Qeyd edək ki, "Qarabağ" - "Kəpəz" oyunu meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm