Futbolçu hakimi nokauta saldı - - VİDEO
Bizi izləyin

İdman

Futbolçu hakimi nokauta saldı - - VİDEO

Baş hakim futbolçunu meydandan qovmaq istədikdə özü nokauta düşüb.

Portuqaliyanın regional futbol liqası matçında "Kanelas" komandasının hücumçusu Marko Qonsalveş dizi ilə baş hakim Xose Rodrigesin başına zərbə endirib.

Sportnet.az-ın məlumatına görə, hadisə referinin ona qırmızı vərəqə göstərməsi ilə əlaqədar baş verib. Rodrigesi əlini cibinə atmağa Qonsalveşin rəqib komandadan bir futbolçunun sifətinə zərbə endirməsi vadar edib. Baş hakim futbolçunu meydandan qovmaq istədikdə özü nokauta düşüb. Nəticədə oyun dayandırılıb. "Kanelas" isə Qonsalveşlə müqaviləni pozub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm