"Bavariya" məğlub oldu - - VİDEO
Bizi izləyin

İdman

"Bavariya" məğlub oldu - - VİDEO

Məğlubiyyətə baxmayaraq, "Bavariya" turnir cədvəlində liderliyini davam etdirir.

Almaniya Bundesliqasının lideri olan "Bavariya" çempionatın 27-ci turunun səfər matçında "Hoffenhaym"a minimal hesabla məğlub olub.

Publika.az xəbər verir ki, görüş 1:0 hesabı ilə başa çatıb. Oyunda yeganə qolu 21-ci dəqiqədə ev sahiblərinin futbolçusu Andrey Kramariç vurub. Münhenlilər oyunda dönüş yaratmağa çalışsalar da, bu, mümkün olmayıb.

Məğlubiyyətə baxmayaraq, "Bavariya" turnir cədvəlində liderliyini davam etdirir və bu gün "Leypsiq" qələbə qazanacağı təqdirdə birinci yerlə xal fərqini 10-a endirmiş olacaq.

Əlavə edək ki, "Bavariya" bu mövsüm ilk məğlubiyyətini "Borussiya Dortmund"dan alıb (0: 1).

Oxumağa davam et
Reklam
Reklam

Gündəm