UEFA AFFA-ya 1 milyon avro verəcək
Bizi izləyin

İdman

UEFA AFFA-ya 1 milyon avro verəcək

“Futbolu pul idarə etməməlidir”.

“Futbolu pul idarə etməməlidir”.

Publika.az Apasport.az istinadən xəbər verir ki, bunu UEFA-nın prezidenti Aleksandr Çeferin deyib.

Bu gün Finlandiyanın paytaxtı Helsinkidə UEFA-nın 41-ci Növbəti Konqresi keçirilir. Qitənin ali futbol qurumunun rəhbəri tədbirin əvvəlində çıxış edib: “Futbolun dəyərlərinə hörmət etmək lazımdı. Pulları hesabına bizdən güclü olduğunu düşünənlərin şantajına uymamalıyıq. Keçmişdən qorxmamalı, irəli getməkdən çəkinməməliyik. Futbol narahat dünyada insanlara xəyal qurmaq şansı yaradır. Futbol arzusu hələ də yaşayır. Uşaqların, xüsusilə də, balaca qızların futbola gəlişi uğurlu gələcəyinin açarıdı. Bu, uzunmüddətli investisiyadı”.

Çeferin söhbət əsnasında UEFA-nın üzv assosiasiyaların hər birinə əlavə 1 milyon avro verəcəyini də açıqlayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm