İdman
"Qəbələ" finalda! - - VİDEO
Futbol üzrə Azərbaycan Kubokunun ilk finalçısı müəyyənləşib.
Publika.az xəbər verir ki, “Qəbələ” komandası tarixində ikinci dəfə həlledici görüşə vəsiqə qazanıb.
Ukraynalı Roman Qriqorçukun rəhbərlik etdiyi kollektiv buna yarımfinal mərhələsinin cavab matçında “İnter”i məğlub etməklə nail olub. Paytaxtda baş tutan görüşdə rəqibini 3:1 hesabı ilə üstələyən “qırmızı-qaralar” Qəbələdəki dueldə 2 cavabsız qolla qalib gəliblər.
“Qəbələ”nin rəqibi saat 19:30-da başlayacaq “Qarabağ” – “Neftçi” görüşünün yekununda bəlli olacaq. İlk oyunda rəqibini səfərdə 2:0 hesabı ilə üstələyən Ağdam klubu həlledici qarşılaşmaya vəsiqə əldə etməyə daha yaxındır.
Qeyd edək ki, “Qəbələ” klubu ilk dəfə 2013/2014 mövsümündə Azərbaycan Kubokunun finalına çıxıb və penalti seriyasında “Neftçi”yə 2:3 hesabı ilə uduzub.
Azərbaycan Kuboku. Yarımfinal, cavab oyunu
5 aprel
“Qəbələ” – “İnter” 2:0
Qollar: Daniel Subotiç, 12. Baqali Dabo, 33
Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Nahid Əliyev, Rəvan Həmzəzadə
AFFA nümayəndəsi: Rauf Hüseynli
Hakim-inspektor: Asim Xudiyev
Qəbələ şəhər stadionu
İlk oyun - 3:1
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu