Fransa çempionu qələbəyə görə alacağı mükafatı rəqibinə bağışladı
Bizi izləyin

İdman

Fransa çempionu qələbəyə görə alacağı mükafatı rəqibinə bağışladı

PSJ Fransa kubokunun yarımfinalında “Monako” ilə qarşılaşacaq.

Fransanın PSJ klubu ölkə kubokunun 1/4 final mərhələsində “Avranş”a qalib gəldiyi üçün nəzərdə tutulan mükafatdan imtina edib.

Publika.az xəbər verir ki, Paris təmsilçi qalibiyyətə görə əldə etməli olduğu 200 min avronu III divizionda mübarizə aparan rəqibinə bağışlayıb.

“Avranş”ın prezidenti Jilber Qeran bu jestə görə PSJ-yə minnətdarlığını çatdırıb. O bildirib ki, rəqib ən xoş sözlərə layiqdir: “Bu, səxavətli bir jestdir. Kluba, onun məşqçilərinə və oyunçularına hörmətlərinə görə minnətdarıq. Onlar malik olduqları hər şeyə layiqdirlər”.

Qeyd edək ki, PSJ Fransa kubokunun yarımfinalında “Monako” ilə qarşılaşacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm