Millimiz AÇ-2018-in əsas seçmə mərhələsinə qələbə ilə başladı
Bizi izləyin

İdman

Millimiz AÇ-2018-in əsas seçmə mərhələsinə qələbə ilə başladı

Azərbaycan millisi aprelin 10-da Albaniya yığması ilə qarşılaşacaq.

Futzal üzrə Azərbaycan milli komandası 2018-ci il Avropa çempionatının əsas seçmə mərhələsinə qələbə ilə başlayıb.

"Report"un məlumatına görə, B qrupunun favoritlərindən hesab olunan Biro Jadenin rəhbərlik etdiyi yığma ilk görüşdə Bosniya və Herseqovina millisini üstələyib - 5:4.

Qrupdakı digər oyunda isə Macarıstan Albaniyanı 4:3 hesabı ilə məğlub edib.

Qeyd edək ki, B qrupunun bütün oyunları Bakı İdman Sarayında keçiriləcək. Azərbaycan millisi aprelin 10-da Albaniya yığması ilə qarşılaşacaq. Görüş saat 18:30-da başlayacaq.

AÇ-2018-in seçmə mərhələsi

B qrupu, I tur

8 aprel

18:30 Azərbaycan – Bosniya və Herseqovina - 5:4

Qollar: Eduardo, 3. Everton Kardozo, 18. Tyaqo Bolinya, 19; 20; 33 - Dario Markiç 7; 16. Deyan Pavloviç, 19. Srdyan İvankoviç, 40

Hakimlər: Timo Onatsu (Finlandiya), Lars van Leuven (Hollandiya)

Bakı İdman Sarayı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm