"Beşiktaş"dan möhtəşəm qələbə - - VİDEO
Bizi izləyin

İdman

"Beşiktaş"dan möhtəşəm qələbə - - VİDEO

Türkiyə Super Liqasında 27-ci tura start verilib.

Türkiyə Super Liqasında 27-ci tura start verilib.

Komanda.az xəbər verir ki, turun ilk oyununda millimizin üzvü Dəniz Yılmazın şərəfini qoruduğu “Bursaspor” evdə “Karabükspor”u 3:0 hesabıyla məğlub edib. Oyundan öncə Türkiyə mətbuatında zədəli olan Dənizin bu matçda çıxış etməyəcəyi qeyd olunmuşdu. Millimizin üzvünün adı oyunun iştirak ərizəsinə salınmayıb.

Lider “Beşiktaş”ı bu turda çətin səfər gözləyirdi. “Qartallar” “Trabzonspor”un qonağı olub. 7 qolun vurulduğu matç Şenol Günəşin yetirmələrinin qələbəsiylə nəticələnib - 4:3.

Türkiyə Super Liqası, 27-ci tur

7 aprel

Bursaspor - Karabükspor 3:0

Qol: Kanatsızkuş, 57. Sercan Yıldırım, 90. Ərdəm Özgənç, 90+4-pen.

8 aprel

Gənclərbirliyi - Antalyaspor 1:1

Qol: Karabulut, 7 - Eto'O, 25.

Qaziantepspor - Alanyaspor 2:3

Qol: Pedroso, 88. Qilas, 90-pen - Vaqner Lav, 22. Junior Fernandes, 69. Kandeyas, 72.

Trabzonspor - Beşiktaş 3:4

Qol: Okay Yokuşlu, 21. Kastilyo, 63. Rodalleqa, 65 - Cenk Tosun, 4. Abubakar, 55. Taliska, 74. Hatçinson, 90+1.

9 aprel

17:00 Kayserispor - Osmanlıspor
20:00 Adanaspor - Rizəspor
20:00 Fənərbaxça - Akhisar

10 aprel

21:00 Başakşəhər - Qalatasaray
21:00 Kasımpaşa - Konyaspor

Oxumağa davam et
Reklam
Reklam

Gündəm