• USD 1,7000 0,00% EUR 2,0018 +0,07%
    • GBP 2,2239 +0,82% RUB 0,0233 -0,43%

"Barselona"dan gözlənilməz məğlubiyyət - VİDEO

  • İdman
  • 9 Aprel 2017 04:20
  • 1 042 Baxış
"Barselona"dan gözlənilməz məğlubiyyət

İspaniya La Liqasında 31-ci turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, turun ilk oyununda “Vilyarreal” evdə “Atletik”i 3:1 hesabıyla məğlub edib.

Lider “Real” doğma “Santyaqo Bernabeu”da əzəli rəqibi “Atletiko”yla "sülh bağlayıb" - 1:1.

“Kral klubu”nun ən yaxın izləyicisi “Barselona” isə “Malaqa” ilə səfər oyununda Madrid təmsilçisinin xal itkisindən yararlana bilməyib. Kataloniya klubu Malaqada gözlənilmədən 0:2 hesabıyla məğlub olaraq, "Real"a yaxınlaşmaq fürsətini əldən verib.

İspaniya La Liqası, 31-ci tur

7 aprel

Vilyarreal - Atletik 3:1

Qol: Viktor Ruis, 17. Bakambu, 47. Adrian Lopes, 59 - Laporte, 20.

Qırmızı vərəqə: Viktor Ruis, 74 (Vilyarreal).

8 aprel

Espanyol - Alaves 1:0

Qol: Piatti, 56.

Real - Atletiko 1:1

Qol: Pepe, 52 - Qrizmann, 85.

Sevilya - Deportivo 4:2

Qol: Yovetiç, 1. Sarabia, 6. Korrea, 32. Ben Yedder, 89 - Kakuta, 4; 25.

Malaqa - Barselona 2:0

Qol: Sandro Ramires, 32. Coni, 90.

Qırmızı vərəqə: Neymar, 65 (Barselona).

9 aprel

14:00 Qranada - Valensiya
18:15 Selta - Eybar
20:30 Osasuna - Leqanes
22:45 Las Palmas - Betis

10 aprel

22:45 Real Sosyedad - Sportinq

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR