İdman
Respublika stadionunda mövsümün HƏLLEDİCİ OYUNU: "Qarabağ" - "Qəbələ"
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXV tura start veriləcək.
“Report”un məlumatına görə, ilk oyun günündə iki görüş baş tutacaq.
Turun açılış matçı Gəncədə “Kəpəz” ilə “Neftçi” arasında keçiriləcək. Yaxın keçmişdə çempionluq uğrunda mübarizə aparan kollektivlər indi son pillələrdə qərarlaşıblar və Avrokuboka vəsiqə verən 4-cü yeri tutmağa can atırlar.
26 xalla 6-cı pillədə qərarlaşan “ağ-qaralar” ən yaxın izləyici olan əyalət təmsilçisindən 2 xal öndədir. Bu isə o deməkdir ki, gəncəlilər II dövrədə olduğu kimi, yenə də evdə qalib gəlsələr, turnir cədvəlində “Neftçi”ni qabaqlayacaqlar.
Gəncədəki duel “Kəpəz”lə “Neftçi”nin milli çempionatlar tarixində 47-ci görüşü olacaq. Əvvəlki 46 matçın 17-də “sarı-göylər”, 21-də isə “ağ-qaralar” qalib gəlib.
Həftənin əsas oyunu isə Tofiq Bəhramov adına Respublika stadionunda olacaq. 52 xalla 1-ci pillədə qərarlaşan “Qarabağ” 4 xal qabaqladığı ən yaxın izləyicisi “Qəbələ”ni qəbul edəcək.
Cari mövsümün ilk 3 dövrəsində baş tutan oyunlarda üstünlük Qəbələ təmsilçisinin tərəfində olub. Roman Qriqorçukun rəhbərlik etdiyi kollektiv evdə keçirdikləri hər iki qarşılaşmada rəqibini 2 cavabsız qolla üstələyib, səfərdə isə 1:2 hesabı ilə uduzub. Qonaqlar çempionluq şansını böyük ölçüdə əldən verməmək üçün bu dueldən qalib ayrılmalıdır. Əks halda, Qurban Qurbanovun komandası qızıl medallara bir qədər də yaxınlaşacaq.
“Qarabağ”la “Qəbələ”nin çempionat oyunlarının balansı Ağdam klubunun üstün olduğunu göstərir. "Qarabağ" 35 dueldən 16-da, “qırmızı-qaralar” isə 9-da qələbə qazanıb.
Qeyd edək ki, XXV tura aprelin 10-da keçiriləcək “Zirə” – “İnter” və AZAL - “Sumqayıt” qarşılaşmaları ilə yekun vurulacaq.
Azərbaycan Premyer Liqası
XXV tur
9 aprel (bazar)
16:00 “Kəpəz” – “Neftçi”
Hakimlər: Elvin Əsgərov, Rahil Ramazanov, Mübariz Haşımov, Ömər Paşayev
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
Hakim-inspektor: Murad Məmmədov
Gəncə şəhər stadionu
İlk 3 dövrədəki oyunlar - 0:2, 2:0, 0:0
20:30 “Qarabağ” – “Qəbələ”
Hakimlər: Fariz Yusifov, Yaşar Abbasov, Elman Musayev, Orxan Məmmədov
AFFA nümayəndəsi: Elbrus Abbasov
Hakim-inspektor: Əli Hüseynov
Tofiq Bəhramov adına Respublika stadionu (CBC Sport / canlı)
İlk 3 dövrədəki oyunlar - 0:2, 2:1, 0:2
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi
-
Səhiyyə25 Aprel 23:12
Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər
-
Magazin125 Aprel 22:48
Müşfiq Musanın məşhur mahnısını oxudu - VİDEO
-
Magazin125 Aprel 22:00
Firuzə İbadova həmin xəbəri TƏKZİB ETDİ: "Onun ruhu şad olsun deyə..."
-
Sosial25 Aprel 21:24
Bakıda qızı açıq-saçıq geyiminə görə mağazadan qovdular - VİDEO
-
İnanc25 Aprel 20:24
Ağdam Cümə məscidində ilk Azan - VİDEO
-
Cənubi Qafqaz25 Aprel 19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü