"Neftçi" Gəncədən əliboş döndü
Bizi izləyin

İdman

"Neftçi" Gəncədən əliboş döndü

Premyer Liqada 25-ci tura start verilib.

Futbol üzrə Azərbaycan Premyer Liqasında 25-ci tura start verilib.

Publika.az xəbər verir ki, açılış oyununda "Kəpəz" və "Neftçi" komandaları üz-üzə gəlib.

Gəncə şəhər stadionunda keçirilmiş qarşılaşma meydan sahiblərinin qələbəsi ilə başa çatıb - 2:0. Hər iki qolu 1-ci və 41-ci dəqiqələrdə təyin olunmuş penaltilərdən sonra Tural Axundov vurub.

Bununla da xallarını 27-yə çatdıran "Kəpəz" "Neftçi"ni 1 xal və 1 pillə keçərək, 6-cı mövqeyə yüksəlib. Gəncə təmsilçisini Avropa Liqasına vəsiqə verən 4-cü yerdən 4, flaqmanı isə 5 xal ayırır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm