Astarada "İslamiada-2017" çərçivəsində Su festivalı
Bizi izləyin

İdman

Astarada "İslamiada-2017" çərçivəsində Su festivalı

37 gün ərzində 3 min km-dən artıq məsafəni qət edəcək səyahət 15 bölgəni əhatə edəcək.

Bakı-2017 İslam Həmrəyliyi Oyunları "Xəzərdən başlayan səyahət" turu çərçivəsində Astarada Su festivalı keçirilib.

"Report"un verdiyi xəbərə görə, Astara rayonunun Ərçivan qəsəbəsindəki yanar bulaqda su ilə doldurulan səhəng atletlər tərəfindən Su festifalına təqdim edilib.

Qeyd olunub ki, Yanar bulaq iki elementi – od və suyu özündə gözəl surətdə birləşdirir. Azərbaycanın 15 bölgəsində baş tutacaq bu tur xalqımıza idman bayramı əhval-ruhiyyəsini bəxş etməklə bərabər, eyni zamanda həmrəylik və sevinc hissini də nəsib edəcək.

Möhtəşəm su tədbirlərinin idman bayramına xüsusi rəng qatdığından bəhs edən sərbəst güləş üzrə dünya çempionatının bürünc medalçısı Əliabbas Rzazadə idman haqqında dərin biliyə sahib olan və eləcə də, belə güclü komandaya malik ölkəni təmsil etməyin möhtəşəm olduğunu bildirib.

"Bilirəm ki, açılış mərasimində ab-hava heyranedici olacaq. Oyunlara gəlib idmançılarımıza dəstək olun!”, - deyə o əlavə edib.

Tədbirdə 5 aprel tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin su mərasiminin başlanğıcında Xəzər dənizinin suyu ilə dolu olan Su səhəngini Astara sakinlərinə təhvil verməsi görüntüləri də əhaliyə təqdim olunub.

Bulvar Parkında keçirilən Su festivalı tədbirini izləyən region sakinləri "Mirvari" rəqs qrupu, "Əvəsor" folklor xalq kollektivi və Rövşən Cabbarovun ifasından, möhtəşəm su effekti və atəşfəşanlıqdan zövq alıblar.

Bakıdan səyahətə başlayan səhəng 12 may tarixində Bakı Olimpiya Stadionunda baş tutacaq açılış mərasiminin bir hissəsi olacaq.

Azərbaycan ərazisini əhatə edən və Xəzərdən Başlayan Səyahətin növbəti dayanacağı 11 aprel tarixində Şirvan rayonu olacaq. Xəzər dənizindən başlayan, 37 gün ərzində 3 min km-dən artıq məsafəni qət edəcək səyahət 15 bölgəni əhatə edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm