"Sumqayıt" AZAL-ı məğlub etdi - - VİDEO
Bizi izləyin

İdman

"Sumqayıt" AZAL-ı məğlub etdi - - VİDEO

Premyer Liqada 25-ci tura yekun vurulub.

Futbol üzrə Azərbaycan Premyer Liqasında 25-ci tura yekun vurulub.

Publika.az xəbər verir ki, turun son matçında "Sumqayıt" autsayder AZAL-ın qonağı olub. Görüş Samir Abasovun baş məşqçi olduğu komandanın qələbəsi ilə yekunlaşıb - 2:1. Bununla da xallarını 31-ə çatdıran "Sumqayıt" 4-cü pillədəki "Zirə" ilə xal fərqini minimuma endirib. AZAL isə 10 xalla 8-ci pillədə qalıb.

Qeyd edək ki, digər oyunlarda "Kəpəz" "Neftçi"ni 2:0 hesabı ilə məğlub edib. "Qarabağ"la "Qəbələ" arasındakı görüşdə qol vurulmayıb - 0:0. Zirə" - "İnter" matçı da heç-heçə ilə yekunlaşıb - 1:1.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm