Polis: "Dortmunddakı partlayışlar “Borussiya” klubuna yönəlmiş hücumdur" (YENİLƏNDİ) - - FOTO
Bizi izləyin

İdman

Polis: "Dortmunddakı partlayışlar “Borussiya” klubuna yönəlmiş hücumdur" (YENİLƏNDİ) - - FOTO

Bu barədə "Bild" nəşri yazıb.

Dortmunddakı partlayışlar “Borussiya” futbol komandasına qarşı yönəlmiş hücumdur.

Publika.az xəbər verir ki, bu barədə “Röyters” Almaniya polisinə istinadən məlumat yayıb.

Dortmund polisi qeyd edib ki, avtobusun yaxınlığında üç partlayış baş verib. Polisin ilkin məlumatına əsasən, “hücumda ciddi partlayıcı vasitələrdən istifadə edilib”. Partlayıcı qurğunun avtomobil dayanacağının hasarına bərkidildiyi bildirilir.

Hadisə zamanı dortmundluların müdafiəçisi Mark Bartra xəsarət alıb.

Qeyd edək ki, insident səbəbindən Çempionlar Liqasının 1/4 final mərhələsinin “Borussiya” – “Monako” oyunu təxirə salınıb.

***

Almaniyanın Dortmund şəhərində "Borrusiya" futbol klubunun avtobusu qarşısında zəif partlayış baş verib.

Publika.az xəbər verir ki, bu barədə "Bild" nəşri yazıb.

İnsident nəticəsində alman klubunun müdafiəçisi Mark Bartra yaralanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm