"Barselona"ya daha bir ZƏRBƏ - Neymar...
Bizi izləyin

İdman

"Barselona"ya daha bir ZƏRBƏ - Neymar...

Neymar diskvalifikasiya olunub.

İspaniyanın "Barselona" klubunun braziliyalı hücumçusu Neymar diskvalifikasiya olunub.

"Report" xəbər verir ki, bu barədə İspaniya Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.

Forvard milli çempionatda "Malaqa" ilə oyunda meydandan qovulub və bu qərarına görə hakimi alqışlayıb. Sonradan La Liqa rəhbərliyi "göy-qırmızılar"ın futbolçusunu üç oyunluq cəzalandırmaq qərarına gəlib.

Neymar komandasına "Real" ilə El-Klassiko matçında, həmçinin "Real Soseydad" və "Osasuna"ya qarşı oyunlarda kömək edə bilməyəcək.

Cari mövsümdə forvardın aktivində 26 oyuna 9 qol var.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm