ÇL, 1/4 final: Almanların uğursuz günü - (YENİLƏNDİ)
Bizi izləyin

İdman

ÇL, 1/4 final: Almanların uğursuz günü - (YENİLƏNDİ)

Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyunlarına yekun vurulub.

Futbol üzrə Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk görüşlərinə yekun vurulub.

Publika.az xəbər verir ki, bu gün 3 matç baş tutub. Əvvəlcə ötən gündən təxirə salınmış matçda Almaniyanın "Borussiya" (Dortmund) və Fransanın "Monako" komandaları üz-üzə gəlib. Görüş qonaqların qələbəsi ilə yekunlaşıb - 3:2. "Monako"nun qollarından 2-ni gənc forvard Kilian Mbappe vurub. Bu görüş avtoqol və dəqiq yerinə yetirilməyən penalti ilə də əlamətdar olub.

Almaniyanın digər təmsilçisi "Bavariya" da öz meydanında uduzub. Münhen klubu İspaniya "Real Madrid"i ilə görüşdə qələbəni əldən verib. İlk yarıda önə keçən Karlo Ançelottinin baş məşqçi olduğu komanda hissənin sonlarında penaltidən yararlana bilməyib. Fasilədən sonra isə Kriştianu Ronaldu "dubl" edib. Ronaldu ikinci qolu "Bavariya" azlıqda olduğu vaxt vurub.

İspaniyanın daha bir təmsilçisi "Atletiko" da qələbə qazanıb. Dieqo Simenonenin baş məşqçi olduğu komanda evdə İngiltərə çempionu "Lester"ə minimal hesabla qalib gəlib. Bununla da madridlilər İspaniyanın "Barselona" klubunun ilk oyun günündə İtaliya "Yuventus"u ilə görüşdə üzləşdiyi uğursuzluğu (0:3) qismən unutdura biliblər.

Qeyd edək ki, cavab görüşləri 18-19 apreldə olacaq.

Çempionlar Liqası. 1/4 final, ilk oyunlar

12 aprel

20:45 "Borussiya” (Dortmund, Almaniya) – "Monako” (Fransa) - 2:3

Qollar: Usman Dembele, 57. Sindzi Kaqava, 84 - Kilian Mbappe, 20; 79. Sven Bender, 35-öz qapısına

Vurulmayan penalti: Fabinyo, 17 ("Monako")

Baş hakim: Daniele Orsato (İtaliya)

22:45 "Bavariya” (Almaniya) – "Real Madrid” (İspaniya) - 1:2

Qol: Arturo Vidal, 25 - Kriştianu Ronaldu, 47; 77

Qırmızı vərəqə: Xavi Martines, 61 ("Bavariya")

Vurulmayan penalti: Arturo Vidal, 45+2 ("Bavariya")

Baş hakim: Nikola Ritsoli (İtaliya)

22:45 "Atletiko” (İspaniya) – "Lester” (İngiltərə) - 1:0

Qol: Antuan Qrizmann, 27-p.

Baş hakim: Yunas Eriksson (İsveç)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm