"Qarabağ" Türkiyəyə yollandı - "Trabzonspor"la qarşılaşacaq
Bizi izləyin

İdman

"Qarabağ" Türkiyəyə yollandı - "Trabzonspor"la qarşılaşacaq

Artıq "Qarabağ"ın qrupdakı rəqibləri də məlumdu.

"Qarabağ"ın 12 yaşlılardan ibarət komandası bu gün Türkiyəyə yollanıb.

Publika.az xəbər verir ki, Ağdam təmsilçisinin azyaşlıları "Altınordu" klubu tərəfindən hər il keçirilən "U-12 İzmir Cup" turnirində qüvvəsini sınayacaq.

12 ölkədən 48 komandanın qatıldığı turnirdə İspaniyanın "Atletiko" (Madrid), "Atletik" (Bilbao), Rusiyanın "Krasnodar", Yunanıstanın "Panatinaikos", Almaniyanın "SV Ayntraxt", "Berlin", İtaliyanın "Torino", Türkiyənin "Qalatasaray", "Fənərbaxça", "Beşiktaş", "Trabzonspor", "Altınordu" kimi klubları da iştirak edəcək.

Artıq "Qarabağ"ın qrupdakı rəqibləri də məlumdu. "Köhlən atlar"ın azyaşlıları "Trabzonspor", "Gümüşordu", "Denizli Çamlık", "Çorlu Fənər" və H6 klublarıyla qarşılaşacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm