“Su festivalı” Sabirabadda
Bizi izləyin

İdman

“Su festivalı” Sabirabadda

Su festivalı atəşfəşanlıqla sona yetib.

“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının Xəzərdən başlayan su səyahətinin davamı olaraq Sabirabadda su festivalı keçirilib.

Publika.az xəbər verir ki, axşam saatlarında keçirilən konsert tədbirində yerli və respublikanın incəsənət ustaları, “Mirvari” rəqs qrupu və Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının ulduz səfirləri Rafael İsgəndərov, Müşviq Abbasov və Coşğun Rəhimov iştirak ediblər.

Konsertdə Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının su səyahətinin başlanma mərasiminin görüntülərini əks etdirən videoçarx nümayiş etdirilib.

Su festivalı atəşfəşanlıqla sona yetib.

Qeyd edək ki, Xəzərdən başlayan səyahət marşrutu Azərbaycanın 15 şəhər və rayonundan keçəcək və yürüş mayın 12-də Bakı Olimpiya stadionunda başa çatacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm