"Sumqayıt" - "Zirə" oyununda qalib müəyyənləşmədi - - VİDEO
Bizi izləyin

İdman

"Sumqayıt" - "Zirə" oyununda qalib müəyyənləşmədi - - VİDEO

Premyer Liqada 26-cı tura start verilib.

Futbol üzrə Azərbaycan Premyer Liqasında 26-cı tura start verilib.

Publika.az xəbər verir ki, turun açılış oyunu “Kapital Bank Arena”da “Sumqayıt” və “Zirə” komandaları arasında keçirilib. Baş hakim Əliyar Ağayevin idarə etdiyi oyunun birinci hissəsində hesab açılmayıb.

İkinci hissəyə daha fəal başlayan "Sumqayıt" komandası görüşün 83-cü dəqiqəsində istəyinə nail olub. Matçda Mirabdulla Abbasov fərqlənib. Görüşün 94-cü dəqiqəsində penalti zərbəsini dəqiq yerinə yetirən "Zirə"nin futbolçusu Milan Duriç hesabı bərabərləşdirib.

Qarşılaşma 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm