"Qəbələ" tam heyətlə hazırlaşa bilmir
Bizi izləyin

İdman

"Qəbələ" tam heyətlə hazırlaşa bilmir

"Qəbələ" tam heyətlə hazırlaşa bilmir

2013/14 mövsümünün ikinci yarısının hazırlıqlarını Türkiyənin Antalya şəhərində davam etdirən "Qəbələ" toplanışın 16-cı gününü 1 məşqlə yekunlaşdırıb.

Publika.az xəbər verir ki, Yuri Syominin başçılığı altında günün ikinci yarısında baş tutan məşqdə komanda toplu və topsuz çalışmalar, müxtəlif fiziki təmrinlər yerinə yetirib.

Günə ikitərəfli oyunla yekun vurulub. Zədəsi sağalan Amit Quluzadə komanda ilə məşqlərə qoşulub. Sadiq Quliyev və Rail Məlikov komandadan ayrı çalışıb.

Azərbaycanın U-21 yığmasının düşərgəsində yer alan Elvin Camalov və Ürfan Abbasov, zədəli olan Daniel Subotiç, Ebesilio və Omar Kalabane məşqdə iştirak etməyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm