"Qəbələ" Gəncədə büdrədi - - VİDEO
Bizi izləyin

İdman

"Qəbələ" Gəncədə büdrədi - - VİDEO

"Qəbələ" çempionluq şanslarını faktiki itirib.

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXVI turun daha bir oyunu keçirilib.

Publika.az xəbər verir ki, Gəncə şəhər stadionunda "Kəpəz" "Qəbələ"ni qəbul edib.

Görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:0. Qolları Julyen Ebah və Dario Federiko vurub. Ebah 70-ci, Federiko 90+4-cü dəqiqədə fərqlənib. Bununla da "Qəbələ" çempionluq şanslarını faktiki itirib.

Saat 18:30-da başlanacaq görüşdə "Qarabağ" səfərdə "İnter"ə qalib gəlsə, ardıcıl 4-cü dəfə çempionluğunu təmin edəcək. Hazırda "Qarabağ"ın 53, "Qəbələ"nin 49, "İnter"in 43 xalı var. "Kəpəz" isə xallarını 30-a çatdıraraq, 6-cı pilləyə yüksəlib və Avropa Liqasına vəsiqə verən 4-cü yerə iddiasını saxlayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm