İdman
"Boavişta" Kamran Ağayevlə yollarını ayırdı - RƏSMİ
Portuqaliyanın "Boavişta" klubu Azərbaycan millisinin qapıçısı Kamran Ağayevlə yollarını ayırıb.
Publika.az klubun rəsmi "Feysbuk" səhifəsinə istinadən verdiyi məlumata görə, 31 yaşlı qolkiperlə mövsümün sonunadək nəzərdə tutulan anlaşma pozulub.
Qərarın dərhal qüvvəyə mindiyi açıqlanıb. "Boavişta" Ağayevə idmançı karyerasında və şəxsi həyatda uğurlar arzulayıb.
"A Bola" nəşri yazır ki, azərbaycanlı qapıçı "Benfika" ilə yanvarın 15-də keçirilmiş ölkə çempionatının XVII tur matçının sonunda rəqib futbolçularla dalaşdığı üçün 3 oyunluq cəzalandıqdan və elə həmin ay Vaqnerin transfer olunmasından sonra baş məşqçi Migel Lealın gözündən düşüb.
Qeyd edək ki, Kamran Ağayev "Boavişta"ya mövsümün əvvəllərində azad agent kimi keçib. O, 6-cı turdan etibarən meydana çıxmağa başlayıb. Ağayev çempionatda 12, ölkə kubokunda isə 2 oyunda forma geyinib.
-
İdman17:06
"Qarabağ"ı yıxan futbolçu İstanbul nəhənginin hədəfində
-
Sosial16:36
Güclü külək əsəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
-
Magazin116:11
Zülfiyyə Aşıq Tellini biabır etdi: “Restoranda yeyir, sonra da...”
-
Sağlamlıq15:41
Marketlərdə satılan bu yuyucu tozlar XƏRÇƏNG YARADIR
-
Nida Xəbər 15:11
Təsdiqləndi: Bu şəxslərin MAAŞI ARTIRILDI - MƏBLƏĞLƏR
-
Dünya14:08
Makronla Silvanın romantik pozaları gündəmi silkələdi - FOTO
-
Sosial13:47
Bu şəxslər pensiyaya 5 il erkən çıxacaq
-
Yaxın Şərq13:16
Mahmud Abbas ermənini nazir təyin etdi - FOTO