“Qalatasaray”ın sabiq ulduzuna silahlı hücum
Bizi izləyin

İdman

“Qalatasaray”ın sabiq ulduzuna silahlı hücum

“Bir nəfər əlində silahla üstümə gəldi və..."

“Qalatasaray”ın və Kolumbiya millisinin sabiq qapıçısı Fərid Mondraqon silahlı hücuma məruz qalıb.

Publika.az xəbər verir ki, hadisə Kolumbiyanın paytaxtı Boqotada baş verib. İdman mağazasında yaşanan hadisə haqqında Mondraqon bunları deyib: “Bir nəfər əlində silahla üstümə gəldi və qolumdakı saatı ona verməyimi istədi. Verməsəm, məni vuracağını bildirdi. Mən də saatı ona verdim. Mağazadan çöldə 3 nəfər onu gözləyirdi. Şəhərin mərkəzində belə hadisənin olması üzücüdür”.

Pərviz Hikmət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm