İdman
Cüdoçularımız vətənə qayıtdı - 5 medalla
Polşanın paytaxtı Varşavada keçirilən Avropa çempionatında uğur qazanan cüdo üzrə Azərbaycan millisi bu gün Bakıya qayıdıb.
Publika.az xəbər verir ki, qitənin ən möhtəşəm yarışından yeni rekordla qayıdan komandamız saat 01:30-da Heydər Əliyev Beynəlxalq Hava Limanına enib.
Fərdi yarışda 11, komanda mübarizəsini də nəzərə alsaq, səfərə 13 idmançı ilə yollanan millimiz Varşavada 5 medal qazanıb. Belə ki, təmsilçilərimizdən 73 kq çəki dərəcəsində tatamiyə çıxan Hidayət Heydərov və 100 kq çəki dərəcəsində qüvvəsini sınayan Elxan Məmmədov bütün rəqiblərinə qalib gəlməklə, Avropa çempionu tituluna yiyələniblər.
Fərhad Məmmədovun digər yetirmələrindən Orxan Səfərov (60 kq), Nicat Şıxəlizadə (66 kq) və Rüstəm Orucov (73 kq) isə yarışı bürünc medalla başa vurublar.
Bu nəticəyə əsasən yığmamız ümumi komanda hesabında 4-cü, kişi cüdoçularımız isə ikinci yeri tutub.
Azərbaycan Avropa çempionatının komanda yarışında da iştirak edib. Yığmamız bürünc medal uğrunda döyüşə kimi irəliləsə də, Məmmədəli Mehdiyevin (90 kq) zədəsinin özünü göstərməsi və döyüşü dayandırması təmsilçimizə və komandamıza texniki məğlubiyyətin verilməsi ilə nəticələnib.
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK
-
MDB19 Aprel 21:50
95 yaşlı diplomat öldü
-
Nida Xəbər 19 Aprel 21:20
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi