İslamiada: Basketbol yığmamızın heyəti açıqlandı
Bizi izləyin

İdman

İslamiada: Basketbol yığmamızın heyəti açıqlandı

Azərbaycan millisi Türkiyə, Türkmənistan, Səudiyyə Ərəbistanı və Pakistan yığmaları ilə qarşılaşacaq.

Basketbolun 3x3 növü üzrə kişilərdən ibarət Azərbaycan milli komandasının IV İslam Həmrəyliyi Oyunları üçün heyəti açıqlanıb.

Publika.az yarışın rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Samit Nuruzadə Bakıda keçiriləcək yarışda Amil Həmzəyev, Zaur Paşayev, David Barbakadze və Marşall Mozesə şans verəcək.

Qeyd edək ki, “Bakı-2017”də “A” qrupunda mübarizə aparacaq Azərbaycan millisi Türkiyə, Türkmənistan, Səudiyyə Ərəbistanı və Pakistan yığmaları ilə qarşılaşacaq.

Bu idman növü üzrə ümumilikdə 20 komanda (10 qadın, 10 kişi) yarışlara qatılacaq. Yarışlar mayın 18-21-də 1500 nəfər tamaşaçı tutumuna malik “Basketbol Arena”da keçiriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm