Messidən Zidanla bağlı maralı ETİRAF
Bizi izləyin

İdman

Messidən Zidanla bağlı maralı ETİRAF

Bunu cəmi bir dəfə etmişəm, o da Zinəddin Zidandan olub.

Argentinalı futbol ulduzu Lionel Messi “Real Madrid” klubunun baş tanınmış məşqçisi Zinəddin Zidanla bağlı maraqlı açıqlama verib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, “Barselona” klubunun ulduz futbolçusu Lionel Messi indiyədək yalnız bir nəfərlə formasını dəyişdiyini bildirib:

“Oyundan sonra futbolçularla heç zaman forma dəyişdirməyi istəməmişəm. Əgər rəqib komandada Argentinadan olan futbolçu varsa, formamı onunla dəyişdirə bilərəm. Argentinalı yoxdursa, o zaman könüllü olaraq kiməsə formamızı dəyişdirməyi söyləmərəm. İndiyədək də bir nəfərdən savayı heç bir futbolçudan forma istəməmişəm. Bunu cəmi bir dəfə etmişəm, o da Zinəddin Zidandan olub. Ondan forma istəmişəm”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm