"Yuventus" finalda!
Bizi izləyin

İdman

"Yuventus" finalda!

Çempionlar Liqasında 2016/17 mövsümünün ilk finalçısı müəyyənləşib.

Çempionlar Liqasında 2016/17 mövsümünün ilk finalçısı müəyyənləşib.

Publika.az xəbər verir ki, bu, İtaliyanın "Yuventus" klubudur. Turin təmsilçisi Fransa "Monako"sunu səfərdə olduğu kimi, evdə də məğlub edib. Qonaqlar yalnız təsəlli qoluyla kifayətlənib.

2 ildən sonra yenidən finala yüksələn "Yuventus"un rəqibi yenə İspaniya təmsilçisi olacaq. Amma bu dəfə "Qoca Sinyora" "Barselona" deyil, "Real Madrid" və ya "Atletiko" ilə üz-üzə gələcək.

Final oyunu iyunun 3-də Uelsin paytaxtı Kardiff şəhərindəki "Millenium" stadionunda olacaq.

Çempionlar Liqası. Yarımfinal, cavab oyunu

9 may

22:45. "Yuventus” (İtaliya) – "Monako” (Fransa) - 2:1

Qollar: Mario Mancukiç, 33. Dani Alveş, 44 - Kilian Mbappe, 69

Baş hakim: Born Keypers (Hollandiya)

Turin. "Yuventus Stedium”

İlk oyun - 2:0

Oxumağa davam et
Reklam
Reklam

Gündəm