Rio Olimpiadasının medalları geri qaytarılır - PROBLEM
Bizi izləyin

İdman

Rio Olimpiadasının medalları geri qaytarılır - PROBLEM

Geri qaytarılan 130 medalın əksəriyyəti bürünc əyarlıdır.

2016-cı ildə Rio de Janeyroda keçirilmiş Yay Olimpiya Oyunlarında (YOO) idmançıların qazandığı 100-dən çox medal paslanma və metalın səthində qara ləkələrin yaranması səbəbindən təşkilatçılara qaytarılıb.

Publika.az goal.az-a istinadən xəbər verir ki, bu barədə YOO-2016-nın təşkilat komitəsinin kommunikasiya direktoru Mario Andradu məlumat verib.

Onun sözlərinə görə, geri qaytarılan 130 medalın əksəriyyəti bürünc əyarlıdır. İndi mütəxəssislər onların bərpası üzərində işləyir.

Xatırladaq ki, XXXI Yay Olimpiya Oyunları 2016-cı il avqustun 5-dən 21-dək Rio de Janeyroda keçirilib. Yarış üçün toplam 2488 medal - 812 qızıl və gümüş, eləcə də 864 bürünc medal hazırlanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm