"Real" İspaniya çempionu oldu
Bizi izləyin

İdman

"Real" İspaniya çempionu oldu

İspaniya çempionatının qalibi müəyyənləşib.

Futbol üzrə İspaniya çempionatının qalibi müəyyənləşib.

Publika.az xəbər verir ki, son turda bütün diqqətlər Malaqaya yönəlib. Belə ki, bu şəhərdə keçirilən “Malaqa” - “Real” oyununda çempionluğun taleyi həll edilib.

Madrid təmsilçisi səfərdə qalib gələrək, "Barselona"nın “Eybar” üzərində 4:2 hesablı qalibiyyətinə baxmayaraq, mövsümü çempion kimi başa vurub.

Qeyd edək ki, “kral klubu” son dəfə 5 il əvvəl La Liqanın çempionu olmuşdu.

İspaniya La Liqası. 38-ci tur

Barselona - Eybar 4:2

Qollar: Yunka, 63 (öz qapısına), Suarez, 73, Messi, 76 (pen.), 90+2 - İnui, 7, 61

Malaqa - Real 0:2

Qollar: Ronaldo, 2, Benzema, 55

Oxumağa davam et
Reklam
Reklam

Gündəm