Avropa çempionatının təqvimi açıqlandı
Bizi izləyin

İdman

Avropa çempionatının təqvimi açıqlandı

44 ölkədən 400-dək idmançının iştirakı gözlənilir.

Kişi boksçular arasında Ukraynanın Xarkov şəhərində keçiriləcək Avropa çempionatının təqvimi dəqiqləşib.

Publika.az xəbər verir ki, Azərbaycan millisinin də iştirak edəcəyi yarışda iyunun 16-20-də ilkin döyüşlər baş tutacaq.

“Lokomotiv” İdman Sarayında təşkil olunacaq çempionatda iyunun 21-də 1/4 final mərhələsinin görüşləri keçiriləcək. Ardınca 1 gün istirahət edəcək boksçular yarımfinal qarşılaşmalarına çıxacaqlar. Bu döyüşlər iyunun 23-nə təsadüf edəcək. Yarışın son günündə - iyunun 24-də isə qaliblərin adları bilinəcək.

Qeyd edək ki, 10 çəki dərəcəsi üzrə keçiriləcək Avropa çempionatında 44 ölkədən 400-dək idmançının iştirakı gözlənilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm