ÇL-in finalı Lissabonda fantastik bahalıq yaradıb
Bizi izləyin

İdman

ÇL-in finalı Lissabonda fantastik bahalıq yaradıb

ÇL-in finalı Lissabonda fantastik bahalıq yaradıb

Çempionlar Liqasının finalının keçiriləcəyi Lissabon şəhərində fantastik bahalıq yaranıb.

Publika.az xəbər verir ki, “Real”-“Atletiko” oyunu ərəfəsində Lissabon otellərində qiymətlər görünməmiş həddə yüksəlib. Aprelin ilk günlərində otellərdə bir gecəlik qiymət 360 avro olub. Mayın 1-də isə bu qiymət 297 faiz artaraq 1428 avroya yüksəlib.

2014-cü ildə Portuqaliya otellər fondunda orta qiymət 109 avro təşkil edib. Ancaq Çempionlar Liqasının finalı üçün şəhərə turist axınının olması qiymətlərin fantastik dərəcədə yüksəlməsinə səbəb olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm