“Zenit” Mançiniyə tapşırıldı
Bizi izləyin

İdman

“Zenit” Mançiniyə tapşırıldı

3 illik müqavilə imzalanıb.

Rusiyanın “Zenit” klubunda yeni baş məşqçi müəyyənləşib.

Publika.az xəbər verir ki, Mirça Luçeskunun qovulmasından sonra boş qalmış postu Roberto Mançini tutub.

İtaliyalı mütəxəssislə 3 illik müqavilə imzalanıb. Mançini bu müddətdə uğurlu nəticə göstərsə, onun sözləşməsi daha 2 il müddətinə uzadılacaq.

Qeyd edək ki, Mançini məşqçilik fəaliyyəti ərzində “Fiorentina”, “Latsio”, “İnter”, “Mançester Siti” və “Qalatasaray” klublarını çalışdırıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm