Cüdoçularımız Avropa çempionatında 4 medal qazandı
Bizi izləyin

İdman

Cüdoçularımız Avropa çempionatında 4 medal qazandı

Ölkəmiz 15 cüdoçu ilə təmsil olunub.

Rumıniyanın paytaxtı Buxarest şəhərində iyunun 3-4-də keçirilən cüdo üzrə Avropa açıq çempionatında Azərbaycan milli komandası 4 medal qazanıb.

Ölkəmizi mötəbər yarışda təmsil edən cüdoçulardan Tural Safquliyev qızıl, Hüseyn Rəhimli, Fəqan Quluzadə və Uşanqi Kokauri isə gümüş medala sahib olublar.

Qeyd edək ki, 29 ölkədən 376 idmançının (244 kişi, 132 qadın) mübarizə apardığı turnirdə ölkəmiz 15 cüdoçu (13 kişi, 2 qadın) ilə təmsil olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm