Film obrazlarını xatırladan nəhəng idmançılar - - FOTOLAR
Bizi izləyin

İdman

Film obrazlarını xatırladan nəhəng idmançılar - - FOTOLAR

Bəs görəsən onlar bunu necə edir?

Fitnes sağlam və formada olmaq deməkdir. Əsasən bütün idmanların təməlidir. 16 yaşdan yuxarı hər kəsin məşğul ola biləcəyi bu idman növünün heç bir standartı yoxdur. Yəni, müxtəlif yaş qruplarından olan şəxslərin həyat tərzinə və bədən quruluşuna uyğun olaraq bir-birindən fərqli proqramlar hazırlanır. Mütəxəssislərin nəzarəti altında davam edən məşqlərin nəticələri isə mükəmməl olur.

Bu gün dünyanın müxtəlif ölkələrində qeyri-adi fitnes mütəxəssisləri fəaliyyət göstərir. Sağlam həyat tərzi artıq bütün dünyada dəb halını alıb. Bu dəfə sizə sosial şəbəkələrdə minlərlə insan tərəfindən izlənilən fitnes mütəxəssisləri haqqında danışacayıq.

İdman həvəskarlarının motivasiya gücü hər zaman standartların üstündə olur. Bəs görəsən onlar bunu necə edir?

Publika.az sizə fitnes "əjdaha"larının həyat tərzi haqqında maraqlı faktları təqdim edir:

İyun ayının əvvəllərində ingilis mətbuatında boyu 2 metrdən çox olan fitnes mütəxəssisi haqqında maraqlı məlumatlar yer alıb. Belə ki, Amerikanın Kaliforniya ştatında yaşayan Denni Cons özünün İnstaqram hesabından məşq zamanı çəkilən videoları paylaşıb. Qısa müddət ərzində İnstaqram sosial şəbəkəsində Denni Consu 600 mindən çox istifadəçi izləməyə başlayıb.

31 yaşlı Denni poçtuna gələn məktublardan danışıb: "Məndən düzgün qidalanma və pəhriz reseptləri soruşurdular. Bacardığım qədər onları düzgün istiqamətləndirməyə çalışırdım. Heç özüm də bilmədən sosial şəbəkədə məhşurlaşmağa başladım. İzləyicilərimin sayı gündən-günə artdı".

Denni Consun sevgilisi ilə paylaşdığı şəkil isə izləyicilər tərəfindən maraqla qarşılanıb.

Xarici görünüşünə görə fenomen olan fitnes qəhrəmanlarından biri də əslən iranlı olan 25 yaşlı Sadjad Qəribidir. Britaniya mətbuatı onu "Hulk" adlandırır. Bir gündə 5 dəfə yemək yeyən bu adam, gün ərzində idman salonundan çıxmır. 155 kiloqram çəkiyə malik idmançının bədənində bir qram belə olsun yağ yoxdur. İnstaqram sosial şəbəkəsində son 4 ildə paylaşdığı nəticələri ilə 300 mindən çox izləyici toplaya bilib. Ağır atletika ilə məşğul olan Sadjad öz ölkəsini müxtəlif idman yarışlarında təmsil edir.

Fitnes qəhrəmanları içərisində 31 yaşlı Amerika vətəndaşı olan Kaysa Keranenin fəaliyyətləri xüsusilə qadın izləyicilərin marağına səbəb olur. Sosial hesabından paylaşdığı fitnes hərəkətləri xanımlara gündəlik ev işləri ilə birlikdə inanılmaz bədən quruluşuna sahib olmağa kömək edir.

Skot Evennet hərbi məşqçi olub. Avstraliyanın silahlı qüvvələrində fəaliyyət göstərən əsgər hərbi xidmətini başa vurduqdan sonra fitnes-məşqçi olaraq fəaliyyətini daha peşəkar şəkildə davam etdirməyə başlayıb. Ciddi pəhriz tərəfdarı olan idmançı tələbələrinə alkoqol, fəstfud, energetik içkilər, şirin, sadə karbohidratları tamamilə qadağan edib. Əsasən suda qaynadılmış yağsız duzsuz toyuq əti, dəniz məhsulları, yumurta, meyvələrdən avokado, tərəvəzlərdən şirin kartof və göyərtilərdən təşkil olunan diet tərtib edir.

Skotun sözlərinə görə, bu gün qazandığımız ən kiçik nəticə əslində bizim ən yaxşı nəticəmizdir.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm