İngiltərə dünya çempionu oldu - - VİDEO
Bizi izləyin

İdman

İngiltərə dünya çempionu oldu - - VİDEO

Cənubi Koreyada 20 yaşadək futbolçular arasında keçirilən dünya çempionatının qalibi müəyyənləşib.

"Report"un məlumatına görə, İngiltərə yığması finalda Venesuelaya 1:0 hesabı ilə qalib gəlib.

Oyunda yeganə topu 35-ci dəqiqədə "Everton"un hücumçusu Dominik Kalvert-Lyuin vurub. 74-cü dəqiqədə Venesuala millisi penalti qazansa da, Adalberto Penyaranda fürsətdən yararlana bilməyib.

Beləliklə, İngiltərə yığması tarixində ilk dəfə 20 yaşlılar arasında dünya çempionu olub. Rekordçu isə 6 dəfə qızıl medal qazanmış Argentinadır.

Qeyd edək ki, bürünc medalı penaltilər seriyasında Uruqvaya 4:0 hesabı ilə qalib gəlmiş İtaliya qazanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm